• 18:45 – Ukraynadan daha 30 uşaq reabilitasiya üçün Azərbaycana gətirilib 
  • 18:23 – 1692-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi 
  • 18:19 – Yollarında görünüş məsafəsi 1000 metrədək məhdudlaşır 
  • 21:50 – Ukrayna sərhəddən 2500 km uzaqlıqdakı NEZ-i vurdu 

Papa XVI Benediktlə vidalaşmaq üçün ötən gün Müqəddəs Pyotr kilsəsində izdiham yaşanıb

Dekabrın 31-də vəfat edən Papa XVI Benediktlə vidalaşmaq üçün ötən gün 65 minə yaxın insan Vatikandakı Müqəddəs Pyotr kilsəsini ziyarət edib.

AZƏRTAC xəbər verir ki, məlumatı Vatikanın Jandarma Qüvvələri yayıb.

Bildirilib ki, Vatikan rəhbərliyi gün ərzində təxminən 30-40 min ziyarətçinin məscidə gələcəyini proqnozlaşdırmışdı.

Qeyd edək ki, Papa XVI Benediktin cənazəsi cümə günü keçiriləcək dəfn mərasiminədək katolik dünyasının əsas kafedral kilsəsində olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →