• 21:52 – Xalq artisti Tünzalə Ağayeva qotika tərzində - VİDEO - FOTOLAR 
  • 18:25 – Beyləqanda itkin düşən qadının parçalanmış meyiti aşkarlandı 
  • 18:16 – Şəhid İlqar Verdiyevin 50 illik yubileyi qeyd olunub 
  • 19:00 – Tiflis yenə AB qrantından imtina etdi 

Şimali Koreya Şərq dənizi istiqamətində ballistik raket buraxıb

Koreya Xalq Demokratik Respublikası (KXDR) Şərq (Yapon) dənizi istiqamətində ballistik raket buraxıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Yonhap agentliyi Cənubi Koreya silahlı qüvvələrinin birləşmiş qərargahına istinadla məlumat yayıb.

Qərargahdan bildirilib ki, bu, Şimali Koreyanın son iki gün ərzində ikinci belə təxribatıdır.

Şimali koreyalı müşahidəçilər Seulun ötən həftə bərk yanacaqlı kosmik raketi sınaqdan keçirməsinə cavab olaraq Pxenyanın atəş gücünü göstərə biləcəyini söyləmişdilər. Növbəti gün isə KXDR Şərq dənizinə üç qısamənzilli ballistik raket atıb.

Hərbçilər hesab edirlər ki, bu, rəsmi Pxenyanın bir gün əvvəl Cənubi Koreyanın kosmik raket sınağına cavabı ola bilər.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →