• 23:39 – “Qarabağ” Avropada 2-ci yeri bölüşdürür 
  • 23:26 – Qərbi Azərbaycan Xronikası: “Səmənd ağanın öldürülməsi ilə Göyçə ermənilərə tam təslim edildi” - VİDEO 
  • 23:09 – Ukraynaya 630 milyon dollar ayıracaqlar 
  • 20:20 – Kupman Azərbaycana gələcək 

Avropada qazın qiyməti 920 dollardan aşağı düşüb

Avropada ötən gün keçirilən hərracın gedişində mavi yanacağın min kubmetrinin qiyməti 8 faiz ucuzlaşaraq oktyabrın 25-dən bu yana ilk dəfə 920 dollardan aşağı enib.

AZƏRTAC xəbər verir ki, Londonun ICE birjasının məlumatına görə, hazırda Niderlanddakı TTF habında min kubmetr qazın yanvar fyuçersinin qiyməti 919,6 dollardır.

Qazın qiymətinin ucuzlaşması bir neçə səbəbdən baş verir. Son günlər Avropa ölkələrinin əksəriyyətində havanın temperaturu iqlim göstəricisindən yüksəkdir ki, bu da anbarlardan qaz götürülməsi tempini zəiflədib. Bundan başqa, ötən həftə qeydə alınan rekord istehlaka baxmayaraq, Avropanın yeraltı qaz anbarlarında mavi yanacağın həcmi yüksək səviyyədə qalır. Hazırda anbarlarda 89,85 milyard kubmetr (83,02 faiz) qaz olduğu bildirilir. Bu da son beş ilin həmin tarix üçün orta göstəricisindən 10,51 faiz çoxdur.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →