• 15:35 – Küləkli hava ilə bağlı xəbərdarlıq edildi 
  • 22:50 – Putin Bişkekdə Ərdoğan və Pezeşkianla görüşəcək 
  • 22:37 – Yeni ittifaq: Bu saziş regionun xəritəsini dəyişəcək 
  • 22:32 – Xamenei müraciət yaydı: Pezeşkian dərhal sonra... 

ABŞ-ın neft ehtiyatları həftə ərzində 1,7 milyon barel azalıb

ABŞ-da kommersiya neft ehtiyatları həftə ərzində 1,7 milyon barel azalaraq martın 3-nə 478,5 milyon barel təşkil edib.

AZƏRTAC xəbər verir ki, bu barədə Birləşmiş Ştatların Energetika Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ehtiyatların hazırkı səviyyəsi son beş ildəki eyni dövrlə müqayisədə orta göstəricidən təxminən 7 faiz çoxdur.

Qeyd edək ki, ABŞ-da kommersiya neft ehtiyatları ilə bağlı xəbər dərc olunduqdan sonra Londonun ICE birjasında Brent markalı neftin may fyuçerslərinin qiyməti 0,35 faiz azalaraq 83 dollar/barel, WTI markalı neftin aprel fyuçerslərinin qiyməti isə 0,64 faiz azalaraq 77,08 dollar/barel təşkil edib.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →