• 00:19 – Qələbənin 79-cu ildönümüdür 
  • 00:09 – Kremildə Putinlə Paşinyanın  görüşü başladı 
  • 23:00 – Paşinyan rusiyalı yutuberin istəyini rədd etdi 
  • 22:53 – Bu, İsrailin son şansı olacaq - HƏMAS 

“Qazprom”un törəmə müəssisəsinin milliləşdirilməsi üçün “yaşıl işıq yandırılıb”

Brüssel “Qazprom”un keçmiş törəmə müəssisəsi olan “Securing Energy for Europe GmbH” şirkətinin (SEFE, əvvəlki adı “Gazprom Germania”) Berlin tərəfindən milliləşdirilməsi planını bəyənib.

AZƏRTAC xəbər verir ki, bu planın Avropa Komissiyası tərəfindən bəyənilməsi Avropa İttifaqının antiinhisar qanunvericiliyinin müddəalarına əsaslanır. Holdinqə bundan əvvəl ayrılmış 225,6 milyon avro həcmində yardım da təsdiqlənib. Bu vəsait Trestin milliləşdirilməsini həyata keçirən Almaniya hökumətinə çatacaq. Şirkət Federal Şəbəkələr Agentliyi (BNetzA) tərəfindən idarə ediləcək.

Arayış: AFR-in qaz təchizatı bazarının 14 faizi və Almaniyada qazın saxlanması üçün anbarların 28 faizi “SEFE” şirkətinin payına düşür. Konsern sistem yaradıcı energetika şirkətidir. İyul ayının ortalarında “SEFE” şirkətinin müflisləşməsinin qarşısını almaq üçün federal hökumət tərəfindən ona bir neçə milyardlıq vəsait ayrılmasına baxmayaraq, sonda onun milliləşdirilməsi qərara alınıb.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →