• 21:52 – Xalq artisti Tünzalə Ağayeva qotika tərzində - VİDEO - FOTOLAR 
  • 18:25 – Beyləqanda itkin düşən qadının parçalanmış meyiti aşkarlandı 
  • 18:16 – Şəhid İlqar Verdiyevin 50 illik yubileyi qeyd olunub 
  • 19:00 – Tiflis yenə AB qrantından imtina etdi 

Serbiya təhlükəsizlik qüvvələrini Kosovoya göndərə bilər

Serbiya təhlükəsizlik qüvvələrini Kosovoya göndərməyi planlaşdırır.

AZƏRTAC xəbər verir ki, bunu Serbiyanın Baş naziri Ana Brnabiç deyib.

Baş nazir bildirib ki, Serbiyanın təhlükəsizlik qüvvələrini Kosovoya göndərmək niyyəti və hüquqları var. Buna səbəb Kosovo polisinin ölkənin şimalında mövcudluğunu artırmasıdır.

“Serbiyanın BMT-nin 1244 saylı qərarına əsasən, Kosovoya təhlükəsizlik qüvvələri göndərmək hüququ var. Bununla bağlı niyyətimiz də var. Oradakı serblərin təhlükəsizliyi tam təmin olunmayıb”, - deyə A.Brnabiç qeyd edib.

Qeyd edək ki, son günlərdə Kosovonun şimalında serblərin yaşadığı bölgədə müxtəlif insidentlər baş verir. Bu da iki ölkə arasında gərginliyi artırır.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →