• 18:38 – Türkiyədə "pəri bacası" uçdu: ölənlər var - Video 
  • 18:25 – 1709-cu gün: Rusiya Ukraynanın itkilərini yenilədi 
  • 20:07 – Dövlət müəssisələri ilə bağlı vacib qərar 
  • 20:01 – Ermənistanda belə bir müxalifət formalaşmalıdır - Paşinyan 

Serbiya ilə Kosovo arasındakı sərhəd-keçid məntəqəsi yenidən açılıb

Kosovo Serbiya ilə ən böyük sərhəd-keçid məntəqəsini yenidən açıb.

AZƏRTAC xəbər verir ki, Kosovo serblərinin ölkənin şimalında yollarda qurduğu barrikadaları sökməyə başlaması fonunda Belqrad-Priştina gərginliyi azalıb. Belə ki, Kosovo polisi sərhədin Serbiya tərəfindəki barrikadaların götürülməsindən sonra quru nəqliyyatında və ölkənin Avropa ilə əlaqəsində mühüm yeri olan Merdare sərhəd-keçid məntəqəsinin yenidən fəaliyyətə başladığını açıqlayıb.

Bu, Belqrad və Priştina arasında gərginliyin azaldılmasında mühüm addım kimi qiymətləndirilir.

Qeyd edək ki, ABŞ və Avropa İttifaqı da tərəfləri gərginliyi azaltmağa çağırıb.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →