• 22:48 – Ərdoğandan silahlı hücuma reaksiya 
  • 22:37 – Burada Əliyev və Putin əsas rol oynayıb - Korotçenko 
  • 22:32 – Ölkədə uşaqlara bu adların qoyulması qadağan edilir 
  • 18:42 – Türkiyədən 1 milyard dollar və ən gözəl qadını istədi - Əks təqdirdə bu addımı atacaq 

Avropa İttifaqında hava yolu ilə səyahət edənlərin sayı 35 faiz artıb

Avropa İttifaqında (Aİ) 2021-ci ildə hava yolu ilə səyahət edən sərnişinlərin sayı əvvəlki ilə nisbətən 35 faiz artıb.

AZƏRTAC xəbər verir ki, Avropa Statistika Bürosu (“Eurostat”) 2020-ci ildə COVID-19 epidemiyasının ciddi şəkildə təsir göstərdiyi aviasiya sektorunun ötən il bərpa olunduğunu bildirib. Belə ki, 2021-ci ildə Avropa İttifaqı ölkələrində hava yolu ilə səyahət edən sərnişinlərin sayı əvvəlki ilə nisbətən 35 faiz artaraq 373 milyona çatıb. Səfərlərin 39 faizi Avropa İttifaqı xaricinə, 38 faizi ittifaqa üzv ölkələr arasında, 23 faizi isə Aİ ölkələrinin daxili marşrutlarında həyata keçirilib.

Qeyd edək ki, pandemiyadan əvvəl, 2019-cu ildə Avropa İttifaqı ölkələrində hava yolu ilə səyahət edənlərin sayı 1 milyardı ötüb.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →