• 18:44 – Fitso son anda Ukraynaya getmədi: Nə baş verib? 
  • 18:37 – Türkiyə və İsrail ordularının qəribə müqayisəsi 
  • 18:34 – Xalqın Duası, Vətənin Gücü 
  • 20:08 – Qarabağda Qafqaz Albaniyasının zəngin xristian irsinin izləri görünür - Hikmət Hacıyev 

Fitso son anda Ukraynaya getmədi: Nə baş verib?


Fitso son anda Ukraynaya getmədi: Nə baş verib?


Slovakiyanın Baş naziri Robert Fitso Ukraynanın İvano-Frankivsk vilayətində keçirilən “Karpat Təşəbbüsü” sammitinə qatılmayıb.

XEBERTV.AZ  xəbər verir ki, bu barədə “Avropa həqiqəti” öz mənbələrinə istinadən məlumat yayıb.

Fitsonun sammitdə iştirak etmədiyini Ukrayna prezidenti Vladimir Zelenskinin rəsmi kanalı tərəfindən yayılan görüntülər də təsdiqləyib.

Bundan əvvəl Slovakiya mediası Fitsonun sentyabrın 18-də Ukraynaya səfər edəcəyini yazmışdı. Baş nazir özü də sentyabrın 17-də keçirdiyi mətbuat konfransında Ukraynaya getmək niyyətində olduğunu bildirmişdi.

Mənbələrin məlumatına görə, Slovakiya sammitdə baş nazirdən daha aşağı diplomatik səviyyədə təmsil olunacaq.

“Karpat Təşəbbüsü” sammiti ilk dəfə keçirilir. Tədbirin Ukrayna, Rumıniya, Serbiya, Polşa, Slovakiya, Çexiya, Avstriya, Macarıstan və Avropa İttifaqını birləşdirən yeni regional formatın yaradılmasına xidmət etməsi nəzərdə tutulur.




publika.az

Reytinq: 
  • Нравится
  • 0
Son xəbərlər
bütün xəbərlər →