• 20:32 – Türkiyədə bələdiyyə sədri güllələndi 
  • 20:24 – Bayrağımızı yerdən qaldıran məktəbli mükafatlandırıldı 
  • 20:21 – 100 gəminin istiqaməti dəyişdirildi - ABŞ 
  • 20:03 – 300 tanınmış şəxs İran dəhşətləri ilə bağlı BMT-yə yazdı 

Türkiyədə bələdiyyə sədri güllələndi


Türkiyədə bələdiyyə sədri güllələndi

XEBERTV.AZ  xəbər verir ki, bu barədə "Son Dakika" məlumat yayıb.

Bildirilib ki, hadisə Fethiyenin Babataşı məhəlləsindəki Karayolları adlanan ərazidə baş verib. İlkin məlumatlara görə, bələdiyyə sədrinə hələlik məlum olmayan səbəbdən atəş açılıb.

Hücum zamanı ayağından xəsarət alan Karacaya ilkin tibbi yardım hadisə yerində göstərilib, daha sonra o, təcili yardım maşını ilə xəstəxanaya aparılıb.

Fethiye rayonunun icra başçısı (kaymakam) Fatih Akkaya xəstəxanaya gələrək bələdiyyə sədrinin səhhəti ilə maraqlanıb. Xəstəxanadan çıxarkən jurnalistlərə açıqlama verən Akkaya, "Sədrin səhhəti yaxşıdır. Həkimlər lazımi müalicəni edirlər. Hücum edən və ya edənlərin tutulması istiqamətində işlərimiz davam edir", - deyə bildirib.

Hüquq-mühafizə orqanları hadisə ilə bağlı genişmiqyaslı araşdırmalara başlayıb. Hücumun səbəbləri və şübhəli şəxslərin müəyyən edilərək saxlanılması üçün əməliyyat-axtarış tədbirləri davam edir.


Publika.az

Reytinq: 
  • Нравится
  • 0
Son xəbərlər
bütün xəbərlər →