
Böyük Britaniya və AB ölkələrində yanacaq çatışmazlığına qarşı etirazlar genişlənməkdədir.
Bunu Rusiya Birbaşa İnvestisiya Fondunun (RDIF) rəhbəri Kirill Dmitriyev X səhifəsində yazıb.
"Yanacaq qiymətlərinə qarşı etirazlar AB/Böyük Britaniya bürokratlarının səhv enerji qərarlarının - Rusiya və nüvə enerjisi ilə əlaqələrin kəsilməsinin nəticəsidir", - deyə o bildirib.
Dmitriyev qeyd edib ki, ilk etiraz dalğası fermerlər, ardınca isə sənaye işçiləri ilə gələcək.