• 23:39 – “Qarabağ” Avropada 2-ci yeri bölüşdürür 
  • 23:26 – Qərbi Azərbaycan Xronikası: “Səmənd ağanın öldürülməsi ilə Göyçə ermənilərə tam təslim edildi” - VİDEO 
  • 23:09 – Ukraynaya 630 milyon dollar ayıracaqlar 
  • 20:20 – Kupman Azərbaycana gələcək 

Rusiyada səfərbərliyə qarşı etiraz aksiyaları keçirilib, saxlanılanlar var

Rusiyada səfərbərliyə qarşı etiraz aksiyaları keçirilib, saxlanılanlar var

Bu gün Rusiyada qismən səfərbərlik elan edilməsinə qarşı etiraz aksiyalarının keçirilməsi planlaşdırılır.

Bu barədə məlumatı “Vesna” hərəkatı öz rəsmi tviter hesabında paylaşıb.

Aksiyanın yerli vaxtla 19:00-da Rusiyanın bütün şəhərlərində keçirilməsi nəzərdə tutulub.

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin bu gün ölkədə qismən səfərbərlik elan edib.

***

Rusiya şəhərlərində səfərbərliyə qarşı etirazlar keçirilir. Sibir və Uzaq Şərqdə insanlar həbslərdən qorxaraq şüarsız, plakatsız şəhərlərin mərkəzi meydanlarına çıxırlar.

Xabarovskda 12 nəfər səfərbərliyə qarşı aksiyaya çıxıb.

Yakutskda sentyabrın 21-i axşam saatlarında səfərbərlik elan edildikdən sonra bir neçə nəfər mərkəzdəki meydana toplaşıb.

İrkutskda aksiyalarda təxminən 10 nəfər saxlanılıb, yalnız bir neçə onlarla adam mərkəzi meydana gəlib.

Ümumilikdə təxminən 10 şəhərdə 60-dan çox etirazçı saxlanılıb.

Moskva prokurorluğu şəhər sakinlərini mitinqlərdə iştiraka, onu təşkil etməyə və ya etirazlara çağırışa görə inzibati cəza və 15 ilə qədər həbs cəzası ilə hədələyib.

***

Polis Sankt-Peterburqda səfərbərliyə qarşı etiraz edənlərə güc tətbiq edir.

***

Keçirilən etiraz aksiyalarında 1400-dən çox insan saxlanılıb.

Hüquq müdafiəçilərinin yaydığı məlumata görə, saxlanılmalar 38 şəhərdə baş verib. Onların əksəriyyəti Sankt-Peterburq, Moskva və Yekaterinburqun payına düşür.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →