• 23:57 – Qazaxıstan İrandakı vətəndaşlarına çağırış etdi 
  • 23:44 – Güclü külək bu rayonlarda fəsadlara səbəb oldu 
  • 23:42 – Xırdalanda gənc qadın 14-cü mərtəbədən yıxılaraq öldü 
  • 23:36 – Azərbaycan estradasının sevilən ifaçısı Azad Şabanov dinləyicilərinə növbəti musiqi hədiyyəsini təqdim edib. 

Pentaqon rəhbəri yadplanetlilərin varlığından danışdı - “Görərik”

Pentaqon rəhbəri yadplanetlilərin varlığından danışdı - “Görərik”


ABŞ-ın müharibə naziri Pit Heqset uçan naməlum obyektlər (UNO) və kosmik həyatla bağlı hökumət sənədlərinin məxfiliyinin ləğvi istiqamətində görülən işlərin gedişatı barədə danışıb.

XEBERTV.AZ   xəbər verir ki, bu barədə "Newsweek" nəşri məlumat yayıb.

Heqset Kolorado ştatında iki aerokosmik şirkətə baş çəkdikdən sonra jurnalistlərin suallarını cavablandırıb. Digər suallarla yanaşı, ondan yadplanetlilər haqqında məlumatların açıqlanmasına görə məsuliyyət daşıdığını təsəvvür edib-etmədiyi soruşulub.

"Bu, qətiyyən mənim planlarımda yox idi", - deyə Pentaqon rəhbəri etiraf edib.

Şəxsən yadplanetlilərin varlığına inanıb-inanmadığı barədə suala Heqset "Görərik" cavabını verib. O əlavə edib ki, dərc olunmaq üçün hazırlanan materialları araşdırarkən həqiqəti özü də öyrənəcək. Onun sözlərinə görə, hələlik konkret müddət müəyyən edilməsə də, məlumatlar təqdim olunacaq.

Daha əvvəl Tramp bildirmişdi ki, yadplanetli həyatı və UNO-larla bağlı hökumət sənədlərinin açılmasını Heqsetə tapşıracaq. Onun sözlərinə görə, "olduqca mürəkkəb", lakin vacib və maraqlı məsələlərlə bağlı digər məlumatları ehtiva edən sənədlər də ictimaiyyətə açıqlanacaq.






Publika.az

Reytinq: 
  • Нравится
  • 0
Son xəbərlər
bütün xəbərlər →