• 13:40 – Hicaba nəzarətin azalmasından sonra İranda gecə həyatı.. 
  • 13:20 – Bakıda İtaliya Mətbəxi Həftəsinə Start Verildi 
  • 20:14 – Azərbaycanda bələdiyyələrin birləşmə prosesi başa çatdı 
  • 20:10 – Məşhur bloger BANK AÇIR 

Heqset xanımını niyə məxfi görüşlərə aparır?



ABŞ-ın müdafiə naziri Pit Heqset həyat yoldaşı Cenniferi xarici həmkarları ilə iki görüşə aparıb, burada məxfi məlumatlar müzakirə olunub.

XEBERTV.AZ Axar.az-a istinadn  xəbər verir ki, bu barədə “Voll Strit Jurnal” bir neçə mənbəyə istinadən yazıb.

Bildirilir ki, Cennifer Heqset “Foks Nyus”un keçmiş prodüseridir, ABŞ Müdafiə Nazirliyinin əməkdaşı deyil. Mənbələrin sözlərinə görə, yüksək səviyyəli görüşlərə yalnız müvafiq icazəsi olan şəxslər dəvət edilə bilər. Pentaqon rəhbərinin həyat yoldaşının belə icazəsinin olub-olmadığı məlum deyil.

Mənbələrdən verilən məlumata görə, bu cür görüşlərdən biri 6 martda Pentaqonda baş verib. Həmin vaxt Heqset britaniyalı həmkarı Con Hili ilə görüşüb. Bundan 2 gün əvvəl ABŞ Ukrayna ilə hərbi kəşfiyyat məlumatlarının mübadiləsini dayandırdığını elan etmişdi.

Bundan əlavə, Cennifer Heqset NATO-nun Brüsseldəki qərargahında keçirilən görüşdə də iştirak edib. Mənbələrin bildirdiyinə görə, bu toplantıda alyans ölkələrinin müdafiə qurumlarının nümayəndələri Ukraynaya dəstəklə bağlı məsələləri müzakirə ediblər. Bu cür görüşlərdə, məsələn, Ukraynaya verilən yardımın miqdarı kimi məxfi məlumatlar açıqlanır. NATO üzvü olan ölkələrin nümayəndələri adətən bu məlumatların ictimaiyyətə açıqlanmasını istəmirlər.


Reytinq: 
  • Нравится
  • 0
Son xəbərlər
bütün xəbərlər →