• 18:42 – Türkiyədən 1 milyard dollar və ən gözəl qadını istədi - Əks təqdirdə bu addımı atacaq 
  • 18:34 – Avropada etirazlar hələ indi başlayır - Dmitriyev 
  • 18:32 – İranda ölənlərin sayı açıqlandı 
  • 20:20 – Paşinyandan Moskvaya Astana mesajı - Rusiyanın arxasınca “iş çevirməyəcək”, amma... 

Əfqanıstanda FACİƏ - Bir ailənin 11 üzvü həlak oldu





Əfqanıstanda FACİƏ - Bir ailənin 11 üzvü həlak oldu

Sentyabrın 1-nə keçən gecə ölkədə baş verən zəlzələ nəticəsində Əfqanıstan sakini 11 ailə üzvünü itirib.

Bu barədə "The Independent" məlumat yayıb.

Bildirilib ki, təbii fəlakət zamanı həmin şəxsin yeddi övladı - iki oğlan və beş qız həlak olub. Bundan əlavə, onun əmisi və üç əmioğlunun da həyatını itirdiyi bildirilir.

Zəlzələnin episentri Pakistanla sərhəd yaxınlığında, Cəlalabad şəhərindən təxminən 27 kilometr məsafədə yerləşən dağlıq ərazidə qeydə alınıb. Əfqanıstan Səhiyyə Nazirliyi bildirib ki, bölgənin çətin keçilən olması səbəbindən zərərçəkənlərin dəqiq sayını müəyyən etmək üçün əlavə vaxt tələb olunur.

2 sentyabr tarixində “Taliban” hərəkatının rəsmi nümayəndəsinin müavini Hamdulla Fitrat açıqlama verərək bildirib ki, zəlzələ nəticəsində 3 124 nəfər müxtəlif dərəcəli xəsarət alıb, 1 411 nəfəri isə xilas etmək mümkün olmayıb.

"Tolo News" portalının məlumatına görə, yüzlərlə insan hələ də dağıntılar altında qalır. Axtarış-xilasetmə işləri davam etdirilir.

Reytinq: 
  • Нравится
  • 0
Son xəbərlər
bütün xəbərlər →