• 19:28 – Bakıda güclü külək: xəsarət alanların sayı artdı 
  • 19:17 – Bəyaz Aslanın Qələbə Salnaməsi 
  • 21:03 – Uolts: İrana zərbələr səbəbindən ABŞ-nin sursat qıtlığı yoxdur 
  • 20:57 – Putin hər zaman formada qalmağın SİRRİNİ AÇDI 

Azərbaycan XİN Əfqanıstana başsağlığı verdi



Azərbaycan XİN Əfqanıstana başsağlığı verdi

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Əfqanıstanda zəlzələ zamanı ölənlərin ailələrinə başsağlığı verib.

XEBERTV.AZ xəbər verir ki, başsağlığında deyilir: "Əfqanıstanın Herat şəhərində yüzlərlə insanın həyatına son qoyan dağıdıcı zəlzələ xəbəri dərindən kədərləndirdi. Bu faciədə həlak olanların ailələrinə başsağlığı veririk. Fikirlərimiz və dualarımız Əfqanıstan xalqının yanındadır".

Qeyd edək ki, Əfqanıstanda 6,3 bal gücündə zəlzələ baş verib. Zəlzələnin episentri Herat şəhərindən 42 km şimal-qərbdə yerləşib. Ocağı 10 km dərinlikdə olub. Zəlzələdə həlak olanların sayı 2,4 min nəfəri ötüb.

Milli.Az 

Reytinq: 
  • Нравится
  • 0
Son xəbərlər
bütün xəbərlər →