• 19:59 – ABŞ-ın strateji neft ehtiyatları kəskin şəkildə azaldı 
  • 19:53 – Qardaşım Şuşada öldürüldü, Ohanyan isə... - Erməni nazir 
  • 09:28 – Tramp Zelenskinin məktubunu cavabsız qoydu 
  • 09:24 – İsrail 26 il sonra həmin qəsri ələ keçirmək istəyir 

Biz onlara silah tədarükünü artıracağıq - Tramp




Biz onlara silah tədarükünü artıracağıq - Tramp


ABŞ administrasiyası Ukraynaya hərbi yardım göstərən NATO üzrə müttəfiqlərinə silah tədarükünü artırmaq niyyətindədir.

XEBERTV.AZ Axar.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp bəyan edib.

"Biz artıq Ukraynanın maliyyələşdirilməsində iştirak etmirik, lakin biz Ukraynada müharibəni və insan ölümlərini dayandırmağa çalışırıq. Biz NATO-ya milyardlarla dollar dəyərində raketlər və hərbi texnika satırıq. Onlar müharibəni tam şəkildə maliyyələşdirirlər. Biz heç nəyi maliyyələşdirmirik", - o bildirib.

Tramp bu tədarüklərin davam edəcəyini bildirib.

"Biz bunu etməyə davam edəcəyik. Biz onlara mümkün qədər çox silah ötürməyə çalışırıq. Onlar ABŞ-ın hərbi təyinatlı məhsullarını əldə etmək istəyirlər. Zavodlarımız “Patriot”ların, eləcə də digər müdafiə və hücum silahlarının istehsal həcmlərini 2-3 dəfə artırır", - Tramp vurğulayıb.

Reytinq: 
  • Нравится
  • 0
Son xəbərlər
bütün xəbərlər →