• 21:03 – Uolts: İrana zərbələr səbəbindən ABŞ-nin sursat qıtlığı yoxdur 
  • 20:51 – Füzulidə "Aerokosmik Modelçilik Festivalı 2026" keçirildi 
  • 20:45 – Osimhen üsyan etdi: Nankorlar, 3 aydır maaş almıram... 
  • 20:40 – Ruhun Bayraqla Yüksəlişi 

Ukrayna və ABŞ rəsmilərinin görüşü: fasilə verildi



Ukrayna və ABŞ rəsmilərinin görüşü: fasilə verildi


ABŞ və Ukrayna nümayəndə heyətləri Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda Ukraynada atəşkəsin parametrlərini müzakirə etməyə başlayıb.

XEBERTV.AZ Axar.az-a istinadən  xəbər verir ki, bu barədə nümayəndə heyətinin tərkibində olan Ukraynanın müdafiə naziri Rustem Umerov X-də məlumat yayıb.

"Biz Ər-Riyadda Amerika komandası ilə görüşə başladıq. Gündəlikdə enerji obyektlərinin və mühüm infrastrukturun mühafizəsi ilə bağlı təkliflər var. Bu gün biz bir sıra mürəkkəb texniki məsələləri həll edəcəyik”, - deyə o bildirib.

Ər-Riyadda Ukrayna və Amerika nümayəndə heyətləri arasında iki saatlıq danışıqlardan sonra fasilə elan edilib.

Bu barədə Zelenskinin Ofisi məlumat verib.

TASS-ın görüş yerində olan əməkdaşı bildirib ki, danışıqlar hələ başa çatmayıb, Ukrayna nümayəndə heyəti isə görüş otağını tərk edib.

Qeyd edək ki, bundan öncə görüşün başa çatdığı məlumatı yayılmışdı.


Reytinq: 
  • Нравится
  • 0
Son xəbərlər
bütün xəbərlər →