• 23:29 – Sürücülük vəsiqəsi almaq istəyənlərin nəzərinə! 
  • 23:23 – Azərbaycan İsraildəki səfirini geri çağırdı? - Təcili 
  • 23:18 – Leyla Rəhimova möhtəşəm konsert proqramı ilə çıxış etdi 
  • 21:40 – Ərdoğan Meloni ilə qlobal məsələləri müzakirə etdi 

Avropa İttifaqı İstanbulda Ukrayna ilə bağlı forum keçirəcək

Avropa İttifaqı (Aİ) fevralın 22-də İstanbulda Ukrayna ilə bağlı forum keçirmək planlaşdırır.

AZƏRTAC xəbər verir ki, bu barədə Aİ-nin Türkiyədəki nümayəndə heyətinin rəhbəri Nikolaus Meyer-Landrut bildirib.

Onun sözlərinə görə, bu tədbirə Ukrayna hökumətinin nümayəndəsinin dəvət edilməsi nəzərdə tutulur. Digər iştirakçılar, eləcə də Türkiyənin təmsilçilik səviyyəsi ilə bağlı diplomat məlumat verməyib.

“Görüş Aİ tərəfindən Ukraynaya dəstək elan etmək üçün bir fürsət ola bilər”, - deyə nümayəndə heyətinin rəhbəri qeyd edib.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →