Rusiya müharibənin 1078-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.
XEBERTV.AZ Axar.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.
“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 653 təyyarəsi, 283 helikopteri, 42 463 PUA-sı, 590 zenit-raket kompleksi, 21 034 tank və digər zirehli texnikası, 1 513 reaktiv yaylım atəş sistemi, 21 276 artilleriya və minaatanı, 31 218 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.