“Buran” sovet kosmik gəmisinin sahibi, qazaxıstanlı iş adamı Dauren Musa Qazaxıstan Daxili İşlər Nazirliyi tərəfindən axtarışa verilib.
XEBERTV.AZ Report-a istinadən xəbər verir ki, axtarış barədə məlumat Qazaxıstan Baş Prokurorluğunun hüquqi statistika və xüsusi qeydlər portalının saytında dərc olunub.
İş adamı dələduzluqda şübhəli bilinərək axtarışa verilib. Hələlik işin digər təfərrüatları açıqlanmayıb.
Qeyd olunub ki, 2021-ci ildə “Roskosmos”un keçmiş baş direktoru Dmitri Roqozin iş adamını dəhşətli vəziyyətdə olan Buran kosmik gəmisini Baykonur şəhərinə verməyə çağırıb. Lakin Qazaxıstanın “Baykonur Raket və Kosmik Şirkəti ASC”nin baş direktoru “Buran” kosmik gəmini Rusiyaya verməkdən imtina edib.
Bu səhmdar cəmiyyət Alma-Ata şəhərində qeydiyyatdan keçmiş Qazaxıstan özəl şirkəti olmaqla “Roskosmos”un strukturuna daxil deyil.
Kosmodrom və eyniadlı şəhəri özündə birləşdirən Baykonur kompleksi 28 mart 1994-cü ildə imzalanmış müqavilə və 10 dekabr 1994-cü il tarixli icarə müqaviləsi əsasında 20 il müddətinə Rusiyaya icarəyə verilib. 2004-cü ildə müqavilənin müddəti 2050-ci ilə qədər uzadılıb.