• 20:59 – Gürcüstan etirazlara baxmayaraq qanunu qəbul etmək niyyətindədir 
  • 20:42 – Qubad İbadoğlu ilə bağlı yeni qərar 
  • 20:23 – ASAPES türk dövlətləri üçün yeni layihəsi ilə bir ilkə imza atır! 
  • 23:39 – “Qarabağ” Avropada 2-ci yeri bölüşdürür 

Dünyanın ən zəngin adamı açıqlanıb

Dünyanın ən zəngin adamı açıqlanıb




“Forbes” ən zəngin milyarderlərin illik reytinqini açıqlayıb.


Siyahıya LVMH qrupunun (“Christian Dior”, “Louis Vuitton”, “Moet & Chandon” brendləri) sahibi Bernar Arno başçılıq edir. Sahibkarın və ailəsinin sərvəti 211 milyard dollar (əvvəlki ildə 158 milyard) qiymətləndirilir. 2022-ci ildə böhrandan sonra fransız iş adamı siyahıda kapitalı 200 milyard dolları keçən yeganə milyarder olub.

İkinci yerdə ötənilki reytinqin lideri, 180 milyard dollar sərvəti ilə “Tesla” şirkətinin rəhbəri və “SpaceX”in yaradıcısı İlon Mask qərarlaşıb. İl ərzində səhmlərin azalması və faizlərin artması səbəbindən Mask təxminən 40 milyard dollar itirib.

Siyahıda üçüncü yerdə “Amazon”un qurucusu Ceff Bezos qərarlaşıb. Onun sərvəti 2021-ci ildəki 171 milyard dollardan 2022-ci ildə 114 milyard dollara düşüb.//Oxu.az
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →