• 23:56 – Türkiyənin yeni raketi: 250 km uzaqlıqdakı hədəfi vurdu 
  • 23:41 – Göyçayda elektrik dirəkləri ilə bağlı sakinlərin narahatlığı: Təhlükə baş verməmiş tədbir görülməlidir. 
  • 19:44 – İran və Oman XİN rəhbərləri regionu müzakirə etdilər 
  • 19:38 – ELTƏN TÖRƏÇİDƏN GƏNCLƏRƏ ÇAĞIRIŞ 

İrəvanda daha bir kriminal avtoritet güllələndi



İrəvanda daha bir kriminal avtoritet güllələndi


İrəvanda kriminal zəmində növbəti “qanlı qarşıdurma” baş verib.

XEBERTV.AZ  xəbər verir ki, bu barədə Şamşyan.com məlumat yayıb.

Bildirilib ki, Malatiya-Sebastiya inzibati rayonunda silahlı atışma qeydə alınıb

Belə ki, kriminal aləmdə “Rabis Davo” kimi tanınan 43 yaşlı David Şahbazyan naməlum şəxs, yaxud şəxslər tərəfindən güllələnib. O, daha sonra xəstəxanaya yerləşdirilib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Qeyd edək ki, 11 iyunda İrəvanda “Faz” ləqəbli kriminal avtoritet Sergey Qriqoryan öldürülmüşdü.





axar.az

Reytinq: 
  • Нравится
  • 0
Son xəbərlər
bütün xəbərlər →