• 22:00 – İsrail İrana hücum üçün ABŞ-dən "yaşıl işıq" gözləyir 
  • 21:50 – ABŞ 38 il sonra İrana qarşı bu silahdan istifadə etdi 
  • 21:44 – "Qarabağ"ı uduzduran, "Sabahı" himayə edən kimdir? 
  • 16:52 – Ermənilər Ermənistanda və Qarabağda nələri dağıdıb... 

Makronun qərarı Fransa birjasını çökdürdü





Makronun qərarı Fransa birjasını çökdürdü

Makronun qərarı Fransa birjasını çökdürdü

Fransa Prezidenti Emmanuel Makronun rəhbərlik etdiyi Renessans partiyasının Avropa Parlamentinə səsvermədə uğursuzluğu, bu səbəbdən dövlət başçısının parlamenti buraxaraq erkən seçki təyin etmək qərarı yerli fond bazarında çöküşə səbəb olub.

"Euronext" Paris birjasında yer alan 40 ən böyük şirkət səhmlərinin daxil olduğu CAC 40 indeksi bazar ertəsi 2,37% azalaraq 7 812,52 bənd təşkil edib. İndeksin aşağı düşməsi "BNP Paribas", "Societe Generale" və "Credit Agricole" böyük fransız banklarının səhmlərinin dəyərinin kəskin mənfi dinamikası ilə əlaqələndirilir. Bu səhmlər 4 faizdən 7,5 faizədək dəyər itiriblər.

Fransanın 10 illik dövlət istiqrazları da ucuzlaşıb - təxminən 3,19%.

Mənbə: lenta.ru

Reytinq: 
  • Нравится
  • 0
Son xəbərlər
bütün xəbərlər →