• 20:12 – Ölkəmizdə benzin bahalaşacaq 
  • 20:01 – Sənədsiz evlərə "kupça" verilməsinə başlandı: Kimlərə şamil olunacaq? 
  • 19:43 – Sabah bu ərazilərdə hərbçilərin yürüşü keçiriləcək 
  • 19:36 – Tele-operator Seyidağa Mövsümlünün dünyasını dəyişdiyi gündür 

Sərkisyanın “hərbi yol” hədəsi: İrəvan hücum edərsə…



Sərkisyanın “hərbi yol” hədəsi: İrəvan hücum edərsə…


Göyçənin qubernatoru Karen Sərkisyanın Ermənistan parlamentində jurnalistlərin suallarını cavablandırarkən “Ermənistan Azərbaycan qoşunlarının Göyçə mahalından çıxarılması üçün başqa vasitələrə əl atacaq” açıqlaması blefdir. Karen Sərkisyan Azərbaycan qoşunlarının Göyçə bölgəsinin ərazilərindən geri çəkməsi vacibliyini səsləndirdikdə erməni jurnalistin “bəs geri çəkilməsələr, hansı addım atılacaq” sualına yaxalanıb və “bu halda güc variantından istifadə edilə bilər, ancaq bu son variantdır” deyib. Görünür, erməni qubernatorun jurnalistin sualına cavab vermək üçün başqa variantı qalmayıb.

XEBERTV.AZ   xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib.

“Həmin qubernatora da yaxşı bəllidir ki, Azərbaycan Ordusu iki il əvvəl nəzarətə götürdüyü strateji yüksəklikləri tərk etməyəcək. Ermənistanın Baş naziri Nikol Paşinyanın strateji yüksəklikləri geri qaytarmaq üçün hərbi plana yaşıl işıq yandıracağı ehtimalı azdır, bu, ona və ölkəsinə baha başa gələr. O, bunun fərqindədir və elə ona görə bu mövzuda açıqlama vermir. Eyni zamanda erməni qubernatorun açıqlaması ona dəlalət edir ki, növbəti mərhələdə iki ölkə arasında sərhədin müəyyənləşməsi asan olmayacaq, bu gözlənilən idi”, - politoloq vurğulayıb.



Axar.az

Reytinq: 
  • Нравится
  • 0
Son xəbərlər
bütün xəbərlər →