• 22:06 – KİV: “Ərdoğanın ABŞ-yə səfəri təxirə salınıb” 
  • 21:47 – Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir? 
  • 16:44 – Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər 
  • 16:40 – ABŞ Ukraynaya bu raketləri gizli göndərdi 

ABŞ-nin hərbi bazasın qanlı hücum: İranın aqibəti necə olacaq? - VİDEO


 

BAKI-XEBERTV.AZ



Yanvarın 28-də İranın dəstəklədiyi və özünü “islam müqaviməti” adlandıran qrupların İordaniyanın şimal-şərqində, Suriya ilə sərhəddə yerləşən ABŞ-nin hərbi bazasına dron hücumu regionda onsuz da gərgin olan vəziyyəti daha da gərginləşdirərək müharibə həddinə çatdırıb.

Üç ABŞ hərbçisinin ölümünə, 40-dan çox hərbçinin yaralanmasına səbəb olan bu hücum bölgədə yaşanan qarşıdurmanı tam fərqli müstəviyə daşıyıb desək, yanılmarıq.

Təsadüfi deyil ki, ABŞ-nin dövlət katibi Entoni Blinken dünən Vaşinqtonda NATO-nun baş katibi ilə birgə mətbuat konfransında 1973-cü ildən sonra Orta Şərqdə indiki kimi təhlükəli vəziyyətin olmadığını bəyan edib. Bu təhlükəli vəziyyətin yaranmasında ən böyük məsuliyyət daşıyanlardan biri isə, İrandır.

Onu da vurğulamaq lazımdır ki, rəsmi Tehran onunla çox təmkinli, hətta bəzən lütfkar davranan hazırkı ABŞ administrasiyasının regionda münaqişənin genişlənməsini istəmədiyini yaxşı bilir və bundan sui-istifadə edərək öz oyunlarını davam etdirir. Lakin bu dəfə “Bürc-22” kimi tanınan ABŞ hərbi bazasına qanlı hücumla İran rejimi öz əlaltılarının vasitəsilə, necə deyərlər, yol verilən həddi aşıb və cavabını alması da qaçılmazdır.

“Azad İran” mövzu ilə bağlı hazırladığı süjeti təqdim edirik:


Oxu.az
Reytinq: 
  • Нравится
  • 0
Son xəbərlər
bütün xəbərlər →