• 22:17 – Azərbaycan XİN: Minalar məcburi köçkünlərin təhlükəsiz qayıdışını əngəlləyir 
  • 22:10 – İran və ABŞ qapalı formatda danışıqlar aparır 
  • 22:11 – Prezident İlham Əliyev Naxçıvan şəhərində sosial evlər kompleksinin təməlini qoyub 
  • 22:06 – Prezident Döyüş bayraqlarının verilməsi mərasimində 

İsrail ordusu Hizbullahın mövqelərini vurdu





İsrail Müdafiə Ordusu Livan ərazisində hərbi obyektlərə yeni cavab zərbələri endirib.

XEBERTV.AZ  xəbər verir ki, məlumatı İsrail Müdafiə Ordusunun mətbuat xidməti yayıb.

Bildirilib ki, noyabrın 14-də səhər saatlarında İsrailin şimalındakı Marqaliot, Ərəb əl-Aramşe, Yiftah, Şomera və Mattat bölgələrində Müdafiə Ordusunun mövqeləri tank əleyhinə raketlər və minaatanlardan atəşə tutulub.

İsrailin Müdafiə Ordusu öz növbəsində Livandakı hücumların başladığı yerləri hədəfə alaraq, Hizbullah qruplaşmasının mövqelərinə zərbələr endirib.

İnformasiyaya əsasən, İsrailə məxsus tank Livandan Yiftah yaşayış məntəqəsinə tank əleyhinə raketlər atmağa çalışan bir qrup silahlıya da hücum edib.




Axar.az 

Reytinq: 
  • Нравится
  • 0
Son xəbərlər
bütün xəbərlər →