• 19:59 – ABŞ-ın strateji neft ehtiyatları kəskin şəkildə azaldı 
  • 19:53 – Qardaşım Şuşada öldürüldü, Ohanyan isə... - Erməni nazir 
  • 09:28 – Tramp Zelenskinin məktubunu cavabsız qoydu 
  • 09:24 – İsrail 26 il sonra həmin qəsri ələ keçirmək istəyir 

Fransada bütün işçilər ümummilli tətilə çağırıldı







Fransanın aparıcı həmkarlar ittifaqları - Ümumi Əmək Konfederasiyası (CGT) və Fransa Demokratik Əmək Konfederasiyası (CFDT) bütün işçiləri oktyabrın 13-də ümummilli tətilə çağırıb.

 XEBERTV.AZ xəbər verir ki, bu barədə həmin təşkilatların rəhbərləri “La Tribune Dimanche” qəzetinə birgə müsahibədə bildiriblər.

“Biz hər yerdə işçiləri işəgötürənlərə təzyiq göstərmək üçün oktyabrın 13-də tətilə çıxmağa çağırırıq”, - CGT rəhbəri Sofi Binet qeyd edib.

CFDT-nin baş katibi Marilize Leonun sözlərinə görə, oktyabrın 13-də “həddini aşmadan məsuliyyətlə hərəkət etmək lazımdır”.

Binet və Leon bildiriblər ki, əsas tələblər maaşların artırılması, kişilər və qadınlar arasında əmək haqqı bərabərliyinin yaradılması olacaq.

Axar.az

Reytinq: 
  • Нравится
  • 0
Son xəbərlər
bütün xəbərlər →