• 21:29 – Göygöldə çağırışa gedən təcili tibbi yardım briqadası təzyiqə məruz qalıb 
  • 20:45 – Azərbaycan Prezidenti Qarabağın bərpasına köməyinə görə Özbəkistana minnətdarlıq edib. 
  • 20:38 – Azərbaycanda şəxsiyyət vəsiqələri dəyişəcək 
  • 20:32 – Peterburqda azərbaycanlılara da təsir edəcək – Sərəncam 

Bayden Zelenski ilə görüşəcək



 


Bayden Zelenski ilə görüşəcək

ABŞ prezidenti Co Bayden sentyabrın 21-də Nyu-Yorkda Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşəcək.

 XEBERTV.AZ  xəbər verir ki, bu barədə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan brifinqdə bildirib.

Görüş BMT Baş Assambleyasının Yüksək Səviyyəli Həftəsi çərçivəsində baş tutacaq.

Onun sözlərinə görə, Bayden gələn həftə Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan prezidentləri ilə də görüşmək niyyətindədir. “Bu, C5+1 formatında prezidentlərin ilk sammiti olacaq”, - deyə Ceyk Sullivan bildirib.

Nyu-Yorkda keçiriləcək sammitdə Co Bayden BMT-nin baş katibi Antonio Quterreş, İsrailin baş naziri Benyamin Netanyahu və Braziliya prezidenti Luiz İnasio Lula da Silva ilə görüşməyi planlaşdırır.

Co Bayden və Zelenski sonuncu dəfə NATO-nun Vilnüs sammitində (11-12 iyul) görüşüblər.


Pulika.az


Reytinq: 
  • Нравится
  • 0
Son xəbərlər
bütün xəbərlər →