• 22:10 – Azərbaycan güləş hakimliyi uğura imza atıb. 
  • 20:13 – Ukrayn “Patriot” raketlərini təhvil aldı 
  • 20:09 – Erməni cinayətləri bir-bir ortaya çıxır - Xəbərlərin 20:00 buraxılışı 
  • 19:59 – Fransa qoşunları Ukraynanın Slavyansk şəhərində? 

Ermənilər ərzaq yardımını qəbul etməkdən yayınır



Ermənilər ərzaq yardımını qəbul etməkdən yayınır


Ermənilər həm Laçından, həm də Ağdamdan ərzaq yardımını qəbul etməkdən yayınır.

XEBERTV.AZ  Report-a istinadən xəbər verir ki, həm Laçından, həm də Ağdamdan yardımla dolu TIR keçməli idi. Bununla bağlı razılaşma mövcuddur.  

 Hazırda Laçın sərhəd məntəqəsinin yaxınlığında Ermənistan ərazisində BQXK-nın bir TIR-ı da dayanıb. Lakin ermənilər bunu qəbul etmir. Azərbaycan tərəfi onun sərhəddən keçidini ölkə qanunveriçiliyinə uyğun şəkildə təmin etməyə hazır olsa da, ermənilər bu yükü də qəbul etmək istəmirlər. Çünki onlar bilir ki, Laçın məntəqəsindən BQXK-nın TIR-ı keçsə, paralel olaraq Ağdam yolundan da TIR daxil olmalıdır. Buna imkan verməmək üçün onlar Laçın yolundan gələn yükü də qəbul etmirlər. Ermənilər bununla özlərini "aclığ"a məhkum edirlər.

Görünən odur ki, ermənilərin bu anormal qərarı onların bölgədə guya "blokada" olması ilə bağlı uydurma bəyanatları üst-üstə düşmür.

Qeyd edək ki, Rusiya Qırmızı Xaç Cəmiyyətinin Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməniəsilli şəxslərə göndərdiyi ərzaq dolu yük maşını da saatlardır Bərdə şəhərində gözləyir. TIR-da Rusiya Qırmızı Xaç Cəmiyyəti tərəfindən Xankəndidə yaşayan ermənilərə yardım məqsədi ilə göndərilən ərzaq və qeyri-ərzaq məhsulları var. Bununla yanaşı, Ağdamdan sırf BQXK-yə məxsus TIR da keçməlidir.


Reytinq: 
  • Нравится
  • 0
Son xəbərlər
bütün xəbərlər →