• 22:06 – KİV: “Ərdoğanın ABŞ-yə səfəri təxirə salınıb” 
  • 21:47 – Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir? 
  • 16:44 – Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər 
  • 16:40 – ABŞ Ukraynaya bu raketləri gizli göndərdi 

Nikoldan şok: Türkiyə getməyəcək, Rusiya isə gedəcək!


 


Nikoldan şok: Türkiyə getməyəcək, Rusiya isə gedəcək!


Dünyada heç bir təşkilat əbədi deyil və hər bir ölkə öz maraqları əsasında qərarlar qəbul edir. Burada problem nədir? Biz KTMT-nin səmərəliliyi və öhdəliklərin yerinə yetirilməsi istiqamətində mövcud olan problemi tərəfdaşlarımızla şəffaf şəkildə müzakirə edirik. Amma ümumiyyətlə, paradiqma baxımından mən buna bir neçə dəfə açıq şəkildə istinad etmişəm.

XEBERTV.AZ  axar.az-a istinadən bildirir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan "Frans Press" agentliyinə müsahibəsində deyib.

"Əslində, məsələ Ermənistanın KTMT-dən çıxıb-çıxmamasından deyil, məsələ KTMT-nin Ermənistanı tərk edib-etməməsindən gedir, çünki mən bunu gizlətmirəm, birbaşa deyəcəm: Ermənistan Respublikasında çoxlu ekspert var və onlar mütəmadi olaraq mənə hesabatlar göndərirlər ki, bu proseslər KTMT-nin Ermənistanı tərk etdiyini göstərir", - Paşinyan bildirib.

O, Rusiyanın bölgədən "zorla çıxarılması" prosesini 1915-ci illə müqayisə edib və uydurma soyqırımı "xatırladıb". Guya Rusiya "gedərkən", ermənilər Türkiyə ilə üz-üzə qalıblar (Xatırladaq ki, 1915-ci il hadisələri Rusiyanın Osmanlı imperiyasına hücumu zamanı ermənilərin türklərə xəyanət edərək, Rusiya ordusuna yardım etməsi və türk ordusunun arxasında təxribatlar törətməsi, yüzminlərlə türk-müsəlmanı qətl etməsi nəticəsində ermənilərin köçürülməsi prosesidir - red.):

"1915-ci ildə erməni xalqının təhlükəsizliyini təmin etmək öhdəliyi olan dövləti yox idi. İndi dövlət var və dövlətin siyasəti də bu məntiqlə qurulmalıdır, çünki bir gün İranın, Türkiyənin buradan getdiyini görəcəyimiz ehtimalı sıfırdır, belə bir ehtimal yoxdur, amma ehtimal ki, bu dəqiqə burada olan hansısa geosiyasi mərkəz səhər oyanıb baxacağıq ki, burada yoxdur, belə bir ehtimal sıfırdan yüksəkdir.

Bizim bu riskləri anlamaq və onları idarə etmək şansımız var, lakin bunu başa düşməliyik, bu asan deyil", - Paşinyan bildirib.





Reytinq: 
  • Нравится
  • 0
Son xəbərlər
bütün xəbərlər →