• 22:00 – İsrail İrana hücum üçün ABŞ-dən "yaşıl işıq" gözləyir 
  • 21:50 – ABŞ 38 il sonra İrana qarşı bu silahdan istifadə etdi 
  • 21:44 – "Qarabağ"ı uduzduran, "Sabahı" himayə edən kimdir? 
  • 16:52 – Ermənilər Ermənistanda və Qarabağda nələri dağıdıb... 

Avstraliyada milyonlarla ölü balıq sahilə çıxıb

Avstraliyanın cənub-şərqində milyonlarla ölü balıq sahilə çıxıb, səlahiyyətlilər və alimlər buna daşqın və isti havaların səbəb olduğunu deyirlər.

AZƏRTAC xəbər verir ki, bu barədə şənbə günü “Associated Press” məlumat yayıb.

Məlumata görə, kütləvi balıq tələfatı, ehtimal ki, daşqından sonra suyun səviyyəsinin enməsi və nəticədə oksigeninin aşağı düşməsi səbəbindən baş verib. Vəziyyət isti hava şəraiti ilə daha da ağırlaşıb.

Ölü balıqların kütləvi şəkildə buraxıldığı ərazidə yerləşən Menindee şəhərinin sakinləri kəskin qoxudan şikayətlənirlər.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →