• 21:50 – Ukrayna sərhəddən 2500 km uzaqlıqdakı NEZ-i vurdu 
  • 21:10 – Bu ərazidə metal konstruksiyalı körpü inşa olunur 
  • 20:12 – Prezident bu müəssisənin açılışından video paylaşdı 
  • 20:09 – Doğum günün mübarək olsun, oğlum. 

Ötən ay 3,1 min şəxsə əlillik təyin olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 2023-cü ilin yanvar ayında 3,1 min şəxsə əlillik təyin edilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, onlardan 1,4 mininə ilkin, qalanlarına təkrar əlillik təyinatı aparılıb.

Həmçinin agentliyin reabilitasiya müəssisələrində ötən ay 5,1 min şəxsə reabilitasiya xidməti göstərilib, 1038 şəxsə 4 min 952 reabilitasiya vasitəsi verilib.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →