• 00:44 – Qazi parakarateçilərimiz Avropanı fəth etdi 
  • 22:17 – Karate üzrə yığma komandamızın üzvü Hüseyn Məmmədli -67 kq çəki dərəcəsində Avropa çempionatının bürünc medalını qazandı. 
  • 21:40 – Politoloq Paşinyanın hansı halda istefa verəcəyini açıqladı 
  • 21:29 – İlin sonunadək bu ərazilərə nə qədər əhali qayıdacaq? 

Qanunsuz heyvan kəsimi və ət satışının qarşısının alınması ilə bağlı reyd keçirilib

Qida Təhlükəsizliyi Agentliyi ölkədə heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkili və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması sahəsində nəzarət tədbirlərini davam etdirir.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, tədbirlər çərçivəsində yerli icra orqanlarının nümayəndələri ilə birlikdə Bakı şəhərinin Yasamal rayonu, 2-ci Alatava, M.Xiyabani, 14 ünvanı ilə üzbəüz ünvanında fiziki şəxs Səfərov Surxay Akif oğluna məxsus “Nağı ət dükanı” adlı ət satışı mağazasında reyd keçirilib.

Yoxlama zamanı mağazanın qarşısında diri heyvanların saxlanılması və kəsiminin həyata keçirildiyi müəyyən olunub. Faktla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb. Qanunsuz olaraq quraşdırılmış dəmir konstruksiya sökülüb, kəsimlə məşğul olan şəxs barəsində inzibati protokol tərtib edilib və fəaliyyətini qanunvericiliyin tələblərinə uyğun qurmaq, heyvan kəsimini mərkəzləşdirilmiş, müasir məntəqələrdə həyata keçirmək üçün zəruri məlumatlar verilib.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →