• 21:29 – Göygöldə çağırışa gedən təcili tibbi yardım briqadası təzyiqə məruz qalıb 
  • 20:45 – Azərbaycan Prezidenti Qarabağın bərpasına köməyinə görə Özbəkistana minnətdarlıq edib. 
  • 20:38 – Azərbaycanda şəxsiyyət vəsiqələri dəyişəcək 
  • 20:32 – Peterburqda azərbaycanlılara da təsir edəcək – Sərəncam 

Azərbaycanla Rumıniya arasında əməkdaşlıq layihələri müzakirə edilib

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin, Rumıniyanın Milli Baytarlıq Sanitariyası və Qida Təhlükəsizliyi Qurumunun, həmin ölkənin respublikamızdakı səfirliyinin nümayəndələrinin iştirakı ilə onlayn görüş keçirilib.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə ölkəmizdə qida təhlükəsizliyinin təmin olunması sahəsində həyata keçirilən tədbirlər, eləcə də “Qida təhlükəsizliyi haqqında” Qanunda əksini tapan yeniliklər barədə Rumıniyadan olan nümayəndələrə məlumat verilib.

Eyni zamanda, “Azərbaycan Respublikası Hökuməti ilə Rumıniya Respublikası Hökuməti arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında” və “Azərbaycan Respublikası Hökuməti ilə Rumıniya Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında” anlaşma memorandumu layihələri müzakirə edilib.

Görüşdə müzakirə olunan məsələlərlə bağlı təkliflər dinlənilib, suallar cavablandırılıb.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →