• 20:16 – Rusiya danışıqlar üçün şərt qoymur - Peskov 
  • 19:59 – Göyçayda “Narçılığın inkişaf perspektivləri və yeni çağırışlar” mövzusunda tədbir keçirilib 
  • 20:02 – Dövlət büdcəsinin gəlirləri açıqlandı 
  • 19:54 – İsrail Şərqi Qüdsdəki Britaniya konsulluğunu bağlayacaq 

Əlilliyi olan şəxslərə evlərində reabilitasiya vasitələri verilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi bölgələrdəki əlilliyi olan şəxslərə reabilitasiya vasitələrini yaşadıqları ünvanlara apararaq təqdim edir.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, agentlik bu dəfə Xaçmaz rayonunda yaşayan bir qrup əlilliyi olan şəxsə ehtiyac duyduqları reabilitasiya vasitələri onların evlərinə aparılaraq təqdim olunub.

Əlillərə ümumilikdə 20 reabilitasiya vasitəsi, o cümlədən bir qisminə təkərli oturacaqlar verilib.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →