• 21:29 – Göygöldə çağırışa gedən təcili tibbi yardım briqadası təzyiqə məruz qalıb 
  • 20:45 – Azərbaycan Prezidenti Qarabağın bərpasına köməyinə görə Özbəkistana minnətdarlıq edib. 
  • 20:38 – Azərbaycanda şəxsiyyət vəsiqələri dəyişəcək 
  • 20:32 – Peterburqda azərbaycanlılara da təsir edəcək – Sərəncam 

Bu il Vahid Əlaqələndirmə mərkəzlərinə 216 min 572 müraciət daxil olub

Şəhid ailəsi üzvləri, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçular və əlilliyi müəyyən edilmiş şəxslərə xidmət göstərən Vahid Əlaqələndirmə mərkəzləri (VƏM) tərəfindən 220 mindən çox müraciət qeydə alınıb.

AZƏRTAC xəbər verir ki, bunu DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov 2022-ci ilin yekunları ilə bağlı hesabat konfransında deyib.

"VƏM tərəfindən ümumilikdə 53 min 310 müraciət bilavasitə DOST mərkəzləri, 18 min 344-ü regional VƏM, 151 min 394-ü Çağrı Mərkəzi 142 vasitəsilə olmaqla ümumilikdə 223 min 48 müraciət qeydə alınıb. Bu il isə Vahid Əlaqələndirmə Mərkəzlərinə 216 min 572 müraciət daxil olub.

Hesabat dövründə Qusar, Salyan və Şəmkir rayonlarında daha üç regional VƏM fəaliyyətə başlayıb. Regionlarda fəaliyyət göstərən Vahid Əlaqələndirmə mərkəzlərinin sayı 6-ya çatıb", - deyə F.Məmmədov qeyd edib.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →