• 22:06 – KİV: “Ərdoğanın ABŞ-yə səfəri təxirə salınıb” 
  • 21:47 – Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir? 
  • 16:44 – Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər 
  • 16:40 – ABŞ Ukraynaya bu raketləri gizli göndərdi 

Bu il DOST mərkəzlərinə 620 minə yaxın vətəndaş müraciəti daxil olub

DOST Agentliyi DOST mərkəzləri və filialları şəbəkəsi vasitəsilə 12 istiqamət üzrə, o cümlədən Vahid Əlaqələndirmə Mərkəzləri çərçivəsində ümumilikdə ölkə əhalisinə 154 adda xidmət göstərir. Vətəndaşlara 154 dövlət sosial xidmətlərini “bir pəncərə”dən, modern və çevik, şəffaf mexanizmlər üzərində təqdim edən DOST konsepsiyası xidmət səviyyəsini hər il daha da yüksəltməyə nail olur.

Yalnız bu il DOST mərkəzlərinə 620 minə yaxın vətəndaş müraciəti daxil olub. Ümumilikdə isə bu rəqəm 1 milyon 271 mindən çoxdur.

AZƏRTAC xəbər verir ki, bunu DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov 2022-ci ilin yekunları ilə bağlı hesabat konfransında deyib.

F.Məmmədov bildirib ki, vətəndaşların həmin xidmətlərdən məmnunluq səviyyəsi 98,2 faiz təşkil edib.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →