• 23:00 – Paşinyan rusiyalı yutuberin istəyini rədd etdi 
  • 22:10 – Azərbaycan güləş hakimliyi uğura imza atıb. 
  • 22:04 – Karate üzrə Azərbaycan yığma komandası Avropa çempionatında iştirak etmək üçün Xorvatiyanın Zadar şəhərinə yola düşüb. 
  • 20:13 – Ukrayn “Patriot” raketlərini təhvil aldı 

Qida sahəsində fəaliyyət göstərən 30 müəssisədə nöqsanlar aşkar olunub

Qida Təhlükəsizliyi Agentliyi istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, dekabrın 22-də respublika ərazisində qida sahəsində fəaliyyət göstərən 34 ticarət müəssisəsi və 8 ictimai iaşə müəssisəsində həyata keçirilən monitorinqlər zamanı ümumilikdə 30 müəssisədə nöqsanlar aşkar olunub.

Həmin müəssisələrdə obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi ilə əlaqədar 22, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu ilə bağlı 8, Azərbaycan dilində markalanması olmayan məhsulların satışı ilə bağlı 8, qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması ilə bağlı 18, ev şəraitində hazırlanan məhsulların satışı ilə bağlı 1, açıq şəkildə satışı həyata keçirilən süd məhsullarına dair tələblərə əməl edilməməsi ilə bağlı 2 nöqsan aşkar olunub. Aşkar edilmiş nöqsanlarla əlaqədar qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.

Yoxlama nəticəsində obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu, Azərbaycan dilində markalanması olmayan məhsulların satışı, qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması, ev şəraitində hazırlanan məhsulların satışı, ev şəraitində hazırlanan məhsulların satışı ilə bağlı nöqsanlar aşkar edilmiş müəssisələr haqqında http://afsa.gov.az/az/media/news_details/3731 linki vasitəsilə məlumat almaq mümkündür.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →