• 22:12 – KİV: “Türkiyə İsraillə bütün ticarət əlaqələrini kəsir” 
  • 21:57 – Xəzri" pley-off 'a böyük hesablı qələbə ilə start verib   
  • 21:55 – Türkiyə S-400-ləri Ukraynaya verəcək? - Açıqlama 
  • 21:43 – Aprelin 28-də "DreamLand" qolf akademiyasında Azərbaycan Qolf Federasiyasının təşkilatçılığı ilə "Lexus Tropy 2024" turniri keçirilib 

Bərdə, Tərtər və Ağdam rayonlarında fitosanitar monitorinqlər aparılıb

Qida Təhlükəsizliyi Agentliyi respublika ərazisində karantin obyekti olan zərərli orqanizmlərin yayılmasının qarşısının alınması və mübarizə tədbirlərinin təşkili məqsədilə fitosanitar monitorinqləri davam etdirir. Agentliyın Bərdə regional bölməsinin müfəttişləri tərəfindən Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin əməkdaşlarının iştirakı ilə Bərdə, Tərtər və Ağdam rayonlarına aid 36 hektar park və yaşıllıq ərazisində monitorinqlər həyata keçirilib.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, monitorinqlər nəticəsində 3 hektar sahədə karantin tətbiq edilən zərərvericilər olan Yaponiya yalançı qalxanlı mumlu yastıcası və komstok yastıcası ilə zəif sirayətlənmə aşkarlanıb.

Karantin obyektləri ilə sirayətlənmə zəif olduğu üçün kimyəvi mübarizənin aparılması məqsədəuyğun hesab edilməyib, digər zəruri tədbirlər həyata keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →