• 20:41 – Qonşu ölkədən Azərbaycana pul köçürmələri kəskin artdı 
  • 20:27 – Regionİran ABŞ-ı bu ölkəyə hücumla hədələdi 
  • 20:22 – "Barselona"nın əfsanəsi: "Messini zərərsizləşdirmək mümkün deyil" - 
  • 18:16 – 2026-cı ilin 4 avtomobili: Təhlükəsizlik mükafatı aldı - Foto 

Məişət zorakılığından zərər çəkənlərlə əlaqədar daha 3 yardım mərkəzi akkreditə olunub

Məişət zorakılığından zərər çəkmiş şəxslərə qeyri-dövlət yardım mərkəzlərinin akkreditasiyası Komissiyasının növbəti iclası keçirilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, iclasda məişət zorakılığından zərər çəkmiş şəxslərlə əlaqədar görülən dəstək tədbirləri müzakirə olunub.

Komissiyanın sədri Vüqar Behbudov bildirib ki, 2021-ci ildən fəaliyyətə başlayan komissiya akkreditə olunmuş təşkilatların monitorinqi və yeni təşkilatların qəbulu işlərini aparır.

Əvvəlki illərdə akkreditasiyadan keçərək fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının fəaliyyəti davamlı olaraq nəzarətdə saxlanıb.

Məişət zorakılığına məruz qalmış şəxslərlə iş aparmayan və ya fəaliyyətini tamamilə dayandıran bəzi qeyri-dövlət yardım mərkəzlərinin akkreditasiyası ləğv edilib.

Ötən il 4 QHT-nin qiymətləndirildiyi, onlardan 3 təşkilatın akkreditə olunduğu, hazırda həmin istiqamətdə akkreditə olunmuş 8 qeyri-dövlət yardım mərkəzinin fəaliyyət göstərdiyi bildirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →