• 19:58 – Ərdoğan Azərbaycan xalqını Zəfər Günü münasibətilə təbrik edib 
  • 19:36 – Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirildi - VİDEO 
  • 19:31 – Husilər hipersəs raketi ilə İsrail bazasını vurdu 
  • 19:27 – COP29-un media tərəfdaşları açıqlandı 

Milli Observatoriyada Dünya Bankının missiyası ilə görüş olub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada Dünya Bankının “Azərbaycanda məşğulluğa dəstək” layihəsi üzrə missiyası ilə görüş olub.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev “Azərbaycanda məşğulluğa dəstək” layihəsinin ölkəmizdə həssas qrupların kiçik biznesə çıxışına imkan verən özünüməşğulluq proqramının genişləndirilməsində əhəmiyyətini qeyd edib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın əmək, məşğulluq, sosial müdafiə sahələri üzrə monitorinq və təhlillərin aparılması, proqnozlaşdırma kimi vacib istiqamətlərdə fəaliyyətindən bəhs olunub. Layihə üzrə missiyanın ev təsərrüfatları sorğusunun daha təkmil hazırlanmasında Milli Observatoriya ilə birgə işlərin faydalı olduğu bildirilib.

Dünya Bankının sosial müdafiə məsələləri üzrə baş mütəxəssisi Mirey Ovadiya və baş iqtisadçı Sırma Demir Şeker Observatoriya ilə əməkdaşlıq təcrübələrini yüksək dəyərləndiriblər. Sorğu və təhlillər sahəsində gələcəkdə də əməkdaşlığın davam etməsinin əhəmiyyətli ola biləcəyini qeyd ediblər.

Görüşdə Milli Observatoriyanın təlimlərindən, burada aparılan tədqiqat işlərindən və mərkəzin layihələrindən, sorğu, təhlil və tədqiqat sahələrində Milli Observatoriya ilə Dünya Bankı missiyasının gələcək əməkdaşlıq məsələləri, təcrübə mübadilələrinin aparılması imkanları müzakirə olunub.



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →