• 19:08 – Qubada Qərbi Azərbaycan İcmasının rayon üzrə nümayəndəliyinin yeni ofisinin açılış mərasimi olub. 
  • 18:56 – Minsk qrupu niyə məhz 1 dekabrda ləğv edildi? 
  • 18:46 – MPK və Kamandan Oxatma Federasiyası əməkdaşlığı genişləndirir 
  • 19:10 – Qara dənizdə hücuma məruz qalan tanker hələ də yanır 

Xəzərin Azərbaycan hissəsində tornado təkrarlana bilər?





Xəzərin Azərbaycan hissəsində tornado təkrarlana bilər?

Xəzər dənizinin Dağıstan sahili yaxınlığında tornado qeydə alınması narahatlıq doğurub. Görəsən, bu təbiət hadisəsi Xəzərin Azərbaycan sahillərində də baş verə bilərmi?

XEBERTV.AZ   xəbər verir ki, ekoloq Cavid Hüseynov Bizim.media-ya açıqlamasında bildirib ki, Azərbaycanda həm quruda, həm də su üzərində zəif intensiv burulğanların yaranma ehtimalı istisna edilmir.

Bununla belə, tornadonun, praktiki olaraq, qabaqcadan proqnozlaşdırılması hidrometeorologiya elmində bu vaxta qədər həllini tapmayan ən çətin məsələlərdən biridir:

"Nadir meteoroloji hadisələrdən hesab olunan tornadoların təkrarlanma dinamikasına iqlim dəyişmələrinin təsirinin olması tam məlum deyil. Tornadolar ilin istənilən vaxtında, həm gündüz, həm də gecə saatlarında müşahidə oluna bilər. Onların intensivliyi Fujita və ya TORRO şkalaları ilə ölçülür. F0 və EF0 kateqoriyalı tornadolar zəif təsirlidir. Amma F5 və EF5 gücündə olanlar binaları bünövrəsindən qopara, hətta çoxmərtəbəli tikililərə ciddi ziyan vura bilir".

Niyə məhz sentyabrda?

Maraqlıdır ki, təkrarlanma dinamikası məlum olmasa da, 2018-ci ildə də məhz sentyabr ayında (23 sentyabr) Xəzər üzərində tornado müşahidə olunmuşdu. O zaman rəsmi təsdiq olmasa da, dənizdə olan gəmiçilər bu təbiət hadisəsini lentə alıb paylaşmışdılar. Ekoloqlar bu hadisənin Xəzər dənizi akvatoriyası üçün nadir hadisə olduğunu bildirmişdilər.



axar.az

Reytinq: 
  • Нравится
  • 0
Son xəbərlər
bütün xəbərlər →