• 19:53 – ABŞ-ın bu ölkədəki səfirliyinin əməkdaşları təxliyə edildi 
  • 19:45 – Paytaxtın yükü, regionların taleyi-Baş redaktordan 
  • 19:38 – Azərbaycan-Gürcüstan münasibətləri müzakirə olundu 
  • 20:10 – Qarabağa yatırılan investisiyaların həcmi açıqlandı 

Səs yazısı yayılan məktəb direktoru işdən çıxarıldı


Səs yazısı yayılan məktəb direktoru işdən çıxarıldı

Ötən günlərdə kütləvi informasiya vasitələrində Ucar rayonu Yuxarı Şilyan kənd körpələr evi-uşaq bağçasında baş verən neqativ halla bağlı səs yazısı yayılıb.

XEBERTV.AZ xəbər verir ki, bu barədə Mərkəzi Aran Regional Təhsil İdarəsindən Axar.az-a verilən məlumata görə, məsələ ilə bağlı araşdırma aparılıb və fəaliyyətində yol verdiyi nöqsanlara görə sözügedən bağçanın müdiri səlahiyyətlərini müvəqqəti icra edən, həmçinin Ucar rayonu Yuxarı Şilyan kənd tam orta ümumtəhsil məktəbinin direktoru Emin Orucov tutduğu vəzifədən azad edilib.

"Əlavə olaraq bildiririk ki, təhsil müəssisələrində sağlam pedaqoji mühitin formalaşdırılması, etik davranış qaydalarına əməl olunması və fəaliyyətin mövcud qanunvericilik çərçivəsində təşkili, bununla yanaşı vətəndaşların təhsil müəssisəsinə etimadının, təhsil müəssisələrinin fəaliyyətində səmərəliliyin və şəffaflığın artırılması əsas prioritetlərdəndir", - deyə qurumdan bildirilib.



Reytinq: 
  • Нравится
  • 0
Son xəbərlər
bütün xəbərlər →