• 12:09 – Direktorun maşınını yandıran daha bir nəfər saxlanıldı - Video 
  • 11:59 – Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu – VİDEO 
  • 20:04 – Ferhat Göçer Bakıda Eyyub Hüseynzadənin təşkilatçılığı ilə dördüncü dəfə konsert verəcək - VİDEO 
  • 18:42 – “Putinlə sazişi bağlayıb bizi çətin vəziyyətdə qoydu” 

Ətin qiyməti kəskin artdı - VİDEO





 


Ətin qiyməti kəskin artdı - VİDEO

Toy mövsümünün başlaması ilə ətin qiymətində artım müşahidə olunur.

Alıcılar da qiymətin artdığını bildirirlər. Satıcılar bildirir ki, qiymətin artmasının əsas səbəblərindən biri də mal-qara üçün nəzərdə tutulmuş yem və dərman məhsullarının bahalaşmasıdır.

Alıcılardan biri qiymət artımı ilə bağlı Baku TV-yə danışıb: "20 manata ət olar? Kasıb nə etsin, acından ölsün? Əvvəl ətin qiyməti 15-16 manat idi, indi 20 manat olub. Qiymətlər hər gün artır. Kasıb ət yeməli deyil?".

Satıcı Elçin Həşimov isə deyir ki, dana əti hazırda 15 - 15,50 manat arasında dəyişir: "Quzu əti isə 19-21 manat arasındadır. Mal-qara üçün yem, ot qiymətləri yüksəldiyinə görə, istər-istəməz ətin qiyməti qalxır. Alıcı qüvvəsi zəifdir".

Daha ətraflı Baku TV-nin süjetində:


Reytinq: 
  • Нравится
  • 0
Son xəbərlər
bütün xəbərlər →