• 21:30 – Ağdərədə 100-lərlə separatçının məhv edildiyi yerdən GÖRÜNTÜLƏR - VIDEO 
  • 21:15 – İsrail təyyarələri Hizbullahın qərargahını vurdu 
  • 19:28 – İcma Ermənistandan və revanşist dairələrdən təhlükəli yoldan əl çəkməyi tələb edib 
  • 19:27 – Qonşuda siyahıyaalma başladı: İlk dəfədir ki, bu texnologiyadan istifadə edilir 

Tele-operator Seyidağa Mövsümlünün dünyasını dəyişdiyi gündür


 

BAKI-XEBERTV.AZ 

Tele-operator Seyidağa Mövsümlünün dünyasını dəyişdiyi gündür

İyunun 25-i Azərbaycan xalqının ləyaqətli oğullarından biri, ehtiyatda olan polkovnik-leytenant Seyidağa Mirfəyyaz oğlu Mövsümlünün dünyasını dəyişdiyi gündür. Seyidağa müəllim 1969-cu ildən taleyini Azərbaycan Televiziyası ilə bağlayıb.O, tele-operator və baş operator olaraq bir çox televiziya tamaşalarının hazırlanmasında iştirak edib. 1991-ci il oktyabrın 9-da yeni yaradılan Azərbaycan Silahlı Qüvvələrinə daxil olub. Az sonra 18110 saylı hərbi hissənin(sonra 701 saylı) hərbi hissənin bölük komandiri olaraq Xocalı rayonu Kərkicahan qəsəbəsinin və digər yaşayış məntəqələrimizin müdafiəsində iştirak edib. Həmin ilin dekabr ayının 19-da Kərkicahan qəsəbəsinin müdafiəsi zamanı ayaq nahiyyəsindən yaralanıb. Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin sabiq rəisi, Polkovnik Ramiz Məlikovun təklifi ilə 1992-ci il fevralın 19-dan etibarən fəaliyyətini tele-operator olaraq burda davam etdirib. Seyidağa müəllim Müdafiə Nazirliyinin Sənədli Filmlər Kino-Tele Studiyasını yaradıb və 2002-ci ilədək bu Studiyaya rəhbərlik edib. 2002-ci ildə Azərbaycan Ordusu sıralarından ehtiyata buraxılıb. Yenidən doğma Azərbaycan Televiziyasına qayıdıb.Fəaliyyətini baş operator olaraq davam etdirib. O, 2018-ci il iyunun 25-də dünyasını dəyişib.Sabunçu rayonunun Buzovna qəsəbəsindəki qəbristanlıqda dəfn olunub. Ailəli idi, 1 oğlu, 1 qızı yadigar qalıb.
Ruhu şad olsun.Amin.
Qeyd:iyunun 25-də Bakıda, Royal Hotelin konfrans zalında Azərbaycanın ilk hərbçi tele-operatoru S.Mövsümlünün xatirəsinə həsr edilən tədbir keçiriləcək. Tədbirin təşkilatçısı "Xocalı Soyqırımını Tanıtma" ictimai birliyinin sədr müavini(ictimai əsaslarla) Elnur Abasovdur.

Şamil Sabiroğlu,
"Xocalı Soyqırımını Tanıtma" ictimai birliyinin həmtəsisçisi, jurnalist.
Bakı, 25.06.2024.


Reytinq: 
  • Нравится
  • 0
Son xəbərlər
bütün xəbərlər →