• 21:52 – Xalq artisti Tünzalə Ağayeva qotika tərzində - VİDEO - FOTOLAR 
  • 18:25 – Beyləqanda itkin düşən qadının parçalanmış meyiti aşkarlandı 
  • 18:16 – Şəhid İlqar Verdiyevin 50 illik yubileyi qeyd olunub 
  • 19:00 – Tiflis yenə AB qrantından imtina etdi 

Azərbaycanın istənilən qədər qaz rezervi var



Azərbaycanın istənilən qədər qaz rezervi var

Azərbaycanın qaz rezervləri sual altında deyil. Bizim istənilən qədər qaz rezervuarımız var.

XEBERTV.AZ Axar.az-a istinadən xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasının yekunlarına dair mətbuat konfransında deyib.

“Bizim Avropa İttifaqı ilə birlikdə bir hədəfimiz var. TAP-ın genişləndirilməsi 2026-cı il üçün nəzərdə tutulub. Başqa imkanlar da var. Sadəcə biz bunları Avropaya uyğun planlaşdırmalıyıq. Eyni zamanda, uzunmüddətli layihə yerinə spot bazarlarda müəyyən qaz satışları həyata keçirilir. Biz bütün bu faktları nəzərə alaraq Cənub Qaz Dəhlizinin genişləndirilməsini həyata keçiririk”, - deyə nazir qeyd edib.


Reytinq: 
  • Нравится
  • 0
Son xəbərlər
bütün xəbərlər →