• 20:39 – Zelenski Bakıya yeni səfir göndərir 
  • 20:17 – Türkiyə ordusu Ermənistana girə bilər - Matevosyan 
  • 19:22 – 728-ci gün: Rusiya Ukraynanın itkilərini açıqladı 
  • 19:08 – SUMQAYIT ŞƏHƏRİNDƏ ŞADLIQ SARAYI İCARƏYƏ VERİLİR. 

Azərbaycanın ərazi bütövlüyünün bərpası Prezident İlham Əliyevin adı ilə bağlıdır!"


 

BAKI-XEBERTV.AZ 


İlham Əliyevin hakimiyyət illəri, heç şübhəsiz, Çağdaş Azərbaycan tarixinə arasıkəsilməyən tərəqqi və misilsiz qələbələr dövrü kimi daxil olmuşdur. Ulu Öndər Heydər Əliyevin hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu üzrə strateji kursu onun layiqli varisi, Prezident İlham Əliyev cənabları tərəfindən davam və inkişaf etdirilmişdir. Burada belə bir məqam vurğulanmalıdır ki, yalnız Ümummilli lider Heydər Əliyev kimi dahinin ailəsində böyüyüb tərbiyə alan, zəngin dövlətçilik məktəbi keçən, müasir bilik və təcrübəyə yiyələnən kamil şəxsiyyət onun layiqli siyasi və mənəvi varisi ola və cəmiyyətdən dəstək ala bilərdi. Təsadüfi deyildir ki, Heydər Əliyev 2003-cü il oktyabrın 1-də, yəni prezident seçkiləri ərəfəsində Azərbaycan xalqına siyasi vəsiyyət siqlətli tarixi müraciətində cənab İlham Əliyevi yeni mərhələdə ölkəyə rəhbərlik etməyə qadir şəxsiyyət kimi gördüyünü bildirmiş, bir çox işlərin onun tərəfindən uğurla başa çatdırılacağına dair dərin inamını ifadə etmişdir: “O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir.  Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.


Ulu Öndərin dərin politoloji təhlillərə söykənən bu bəsirətli mülahizələri özünü tamamilə doğrultdu: həqiqətən də istər Azərbaycan dövlətçiliyinin resurs bazasının keyfiyyətcə artmasında və daha da güclənməsində, istər ölkəmizin sosial-iqtisadi cəhətdən bir çox ölkələr üçün örnək sayıla biləcək dinamik və sürəkli tərəqqi modelinin sərgilənməsində, istərsə də Azərbaycanın beynəlxalq nüfuzunun daha da möhkəmlənməsində İlham Əliyev rəhbərliyi fenomenal uğur və nailiyyətlərə imza atmışdır.


Elnur Abasov,


Bakı şəhər sakini.




 


Reytinq: 
  • Нравится
  • 15
Son xəbərlər
bütün xəbərlər →