• 20:22 – Paşinyan Naxçıvana dron hücumu fonunda Təhlükəsizlik Şurasını toplad 
  • 19:24 – İranla sərhədlə bağlı təcili qərar - NK 
  • 19:18 – Ərdoğan Əliyevə zəng etdi: Naxçıvana hücum... 
  • 18:46 – Xəstə uşaq üçün toplanan pulu talayan şəxs saxlanıldı - Video 

Zəlzələ zamanı dağıntı baş verməyib - FHN



Zəlzələ zamanı dağıntı baş verməyib - FHN

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş ilkin məlumata əsasən, 19.01.2024-cü il tarixində yerli vaxtla saat 22:05-də Saatlı, Şirvan ərazisində 53 km dərinlikdə 5.1 maqnituda zəlzələ qeydə alınıb.

XEBERTV.AZ xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Zəlzələ Saatlı, Şirvan, Salyan, Sabirabad və bəzi ətraf ərazilərdə hiss olunub.

Zəlzələ nəticəsində hər hansı dağıntı və ya xəsarət barədə bu vaxtadək Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olmayıb.

Axar.az 

Reytinq: 
  • Нравится
  • 0
Son xəbərlər
bütün xəbərlər →