• 21:29 – Göygöldə çağırışa gedən təcili tibbi yardım briqadası təzyiqə məruz qalıb 
  • 20:45 – Azərbaycan Prezidenti Qarabağın bərpasına köməyinə görə Özbəkistana minnətdarlıq edib. 
  • 20:38 – Azərbaycanda şəxsiyyət vəsiqələri dəyişəcək 
  • 20:32 – Peterburqda azərbaycanlılara da təsir edəcək – Sərəncam 

Dövlət Sosial Müdafiə Fondu Londonda “Mükəmməllik Sertifikatı, 2023-cü ilin Qalibi” mükafatına layiq görülüb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu (DSMF) növbəti beynəlxalq mükafatla təltif edilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, fond mənzil-qərargahı Böyük Britaniyanın paytaxtı Londonda yerləşən “iESE – The Public Sector Transformation Partner” beynəlxalq qurumunun təşkil etdiyi “Dövlət sektorunda transformasiyaya görə beynəlxalq mükafat” müsabiqəsində qalib gələrək “Mükəmməllik Sertifikatı, 2023-cü ilin Qalibi” mükafatına layiq görülüb.

Mükafatla yanaşı, dövlət xidmətlərinin göstərilməsi sahəsində mütərəqqi innovativ həll üsullarını ehtiva edən uğurlu müsabiqə işinə görə fonda beynəlxalq təşkilat tərəfindən aprel ayında təşkil ediləcək və xarici iştirakçıların qatılacağı tədbirdə təqdimatla çıxış etmək imkanı yaradılıb.

Qeyd edək ki, ötən il də DSMF “2022-ci ilin Beynəlxalq Dövlət Qurumu” (Böyük Britaniya) ali mükafatı, Beynəlxalq Sosial Təminat Assosiasiyasının mükafatı və 2 Mükəmməllik Sertifikatı, Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyasının mükafatı ilə təltif olunub.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →